AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi tədqiqatçılar tərəfindən maraqla qarşılanır
Yan 09, 2019 | 09:57 / Görüşlər
Oxunub 190 dəfə

Beynəlxalq Muğam Mərkəzinin (BMM) korifey muğam ustalarının tədqiqatçısı Gülhüseyn Kazımlı AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib.

Məqsəd muzey tərəfindən 2011-ci ildə 13 cilddə çap edilən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” kitabında yer alan nadir materiallardan istifadə etmək olub.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qonağa kitab haqda məlumat verərək bildirib ki, vəsaitdə Ərtoğrul Cavidin topladığı, lakin vəfatı ilə əlaqədar sona çatdıra bilmədiyi Azərbaycanın xalq musiqisinə, muğamlarına və dastanlara aid məlumatlar əksini tapıb. G.Babaxanlı nəşrdə, həmçinin Hacı Hüsü, Cabbar Qaryağdıoğlu və Cəlil Bağdadbəyov kimi xanəndələrə dair maraqlı faktların əks olunduğunu söyləyib.

G.Kazımlı isə öz növbəsində Hacı Hüsü haqqında danışaraq, BMM-də xanəndəyə həsr olunacaq bədii gecədə muzeyin materiallarından istifadə ediləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015