AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimli Qazaxıstan Milli Universitetində mühazirə oxuyub
Dek 05, 2018 | 12:55 / Mühüm hadisələr
Oxunub 251 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Qazaxıstan Respublikasında elmi ezamiyyətdədir. O, bu gün də əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüb. Akademik Teymur Kərimli həmin Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzində “Molla Nəsrəddin və sovet dövrü ədəbiyyatı” mövzusunda məruzə oxuyub. Daha sonra məruzəçi tələbələri maraqlandıran sualları cavablandırıb. Akademik tələbələr və mərkəz əməkdaşları ilə xatirə şəkli də çəkdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015