AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları
Dek 03, 2018 | 12:10 / Maraqlı məlumatlar
Oxunub 228 dəfə

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti nömrəsində AMEA-nın, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans barədə geniş məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, konfransın keçirilməsində məqsəd ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.

Bundan əlavə, tədbir çərçivəsində müxtəlif mövzuları əhatə edən "dəyirmi masalar", N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, eləcə də Moskva vilayətində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həmin mövzuda keçirilən beynəlxalq elmi konfranslar haqqında məlumatlar məqalədə əks olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015