AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib
Noy 30, 2018 | 11:10 / Konfranslar, iclaslar
Oxunub 579 dəfə

Noyabrın 29-da Göyçay şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında keçirilən konfransın iştirakçıları əvvəlcə foyedə Göyçay xalq yaradıcılığı nümunələrinin sərgisi ilə tanış olublar. Konfrans “Bir dünya - min millət” sənədli filminin nümayişi ilə başlanıb. Filmdə Göyçayda narçılığın inkişafından, narla bağlı keçirilən elmi konfrans və nar bayramlarından bəhs olunub.

Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov “Azərbaycan folklorunda narın mifoloji semantikası” mövzusunda məruzə edərək Azərbaycan folkorunun bir çox janrlarında - nağıllarda, dastanlarda, bayatılarda, aşıq sənətində, el nəğmələrində və s. narın təsvirinə geniş yer verildiyindən, xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjet, motiv və obrazlara rastlanmasından, narın mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlığı ifadə etməsindən bəhs edib.

Açılış tədbirində həmçinin Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin  əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti” kitabının təqdimatı olub.

Daha sonra beynəlxalq elmi konfrans “Nar iqtisadiyyatda və sosial həyatda” və “Narın sənətdə və mədəniyyətdə təzahürü” bölmələrində işini davam etdirib.
Konfrans iştirakçıları həmçinin, Göyçay rayonu Şəhidlər Xiyabanını və şair Əli Kərimin məzarını ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015