AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetində ustad dərsi keçib
Noy 30, 2018 | 10:24 / Mühüm hadisələr
Oxunub 229 dəfə

Noyabrın 30-da AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin filologiya fakültəsinin müəllim və tələbə heyətinə “Xalq gülüşü” mövzusunda ustad dərsi keçib. Xalq gülüşünün poetikası, folklorda ciddilik və komizm kimi məsələlərlə bağlı alimin fikirləri auditoriyanın böyük marağına səbəb olub. Akademik çıxışından sonra qoyulan məsələ ilə əlaqədar ona ünvanlanmış sualları cavablandırıb. Ustad dərsdə Bakı Mühəndislik Universitetinin müəllim və tələbə heyəti ilə yanaşı Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, AMEA ilə ali təhsil ocaqları arasında bu cür görüşlərin keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə yanaşı gənclərin elmə marağının artmasında da əhəmiyyətli rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015