AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında)” kitabı işıq üzü görüb
Noy 19, 2018 | 12:42 / Yeni nəşrlər
Oxunub 335 dəfə

AMEA Folklor İnstitutunun Mərasim folkoru şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında)” kitabı işıq üzü görüb.

Şirvan folklor mühiti əsasında yazılmış monoqrafiyada ənənəvi söyləyicilik sənətindən bəhs olunur. Monoqrafiyada söyləyicilik subyekt - janr - mühit müstəvisində araşdırılıb, söyləyiciliyin sənət səviyyəsinə yüksəlməsini təmin edən əsaslar müəyyənləşdirilib.

Söyləyicilik sənəti ilə bağlı folklorşünaslığımızda ilk dəfə monoqrafik səpkidə hazırlanmış bu kitab alim və mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, "Ön söz"ün müəllifi, prof. Asif Hacıyev, rəyçiləri fil.ü.e.d. Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları Ağaverdi Xəlil, Əziz Ələkbərli və Məhəmməd Məmmədovdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015