AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"Günün nəbzi" verilişi akademiklər Kamal Abdullayev, Rafael Hüseynov və Nizami Cəfərovla
Noy 06, 2018 | 08:04 / Müsahibələr, çıxışlar
Oxunub 601 dəfə

Dövlət Dil Komissiyasının üzvləri, akademiklər Kamal AbdullayevRafael Hüseynov və Nizami Cəfərov AZTV-də yayımlanan "Günün nəbzi" verilişinin qonağı olublar. Verilişdə ana dilimizdən, onun saflığının qorunmasından söhbət açılıb. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlər barədə ətraflı müzakirələr aparılıb.  

Akademik Kamal Abdullayev vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də insanın özünü, şəxsiyyətini, əqlini, dünyaya baxışını da formalaşdıran bir vasitədir. 

Akademik Nizami Cəfərov isə öz çıxışında Dövlət Dil Komissiyası yanında yaradılan Monitorinq Mərkəzi haqqında məlumat verərək televiziya kanallarında, internet jurnalistikada, reklam daşıyıcılarında ana dilinin normalarının pozulması problemindən danışıb. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov deyib ki, bir millət olaraq bizim hamımızı birləşdirən vacibdən vacib sərvət bizim ana dilimizdir. Çalışmaq lazımdır ki, ana dili ləhcələrlə, şivələrlə insanları bir-birindən ayıran vasitəyə çevrilməsin. Hər kəs gərək onun ölçülərinə, düsturlarına riayət eləsin ki, dil xalqı birləşdirən, yumruğa döndərən  əlavə gücə çevrilsin.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015