AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılır
Noy 04, 2018 | 04:20 / Müsahibələr, çıxışlar
Oxunub 602 dəfə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və İnstitutun Terminologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı məsələlər haqqında "ARB Xəbər"ə müsahibə veriblər. 

Dosent B.Məhərrəmli diqqətə çatdırıb ki, reklam afişalarında, küçə yazılarında Azərbaycan ədəbi dilinin qanunauyğunluqları pozulur.  Bu da yolverilməz haldır. O, deyib ki, gələcəkdə ədəbi dilin normalarını pozanlara qarşı müəyyən cərimələrin tətbiqi və digər qabaqlayıcı tədbirlərin mexanizmi hazırlanır. 

Dövlət Dil Komissiyası yanında yaradılan Monitorinq Mərkəzi haqqında məlumat verən professor S.Sadıqova da öz növbəsində vurğulayıb ki,  Mərkəzin işinin təşkil edilməsi ilə bağlı yeni təkliflər hazırlanır.

Müsahib onu da diqqətə çatdırıb ki, dil normaları əsasən reklam bazarında pozulur. Hətta məsələ ilə bağlı reklam agentliklərinin işinin yenidən qurulması da nəzərdə tutulur. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015