AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"Aşıq Alının Türkiyə səfəri" dastanı böyük maraqla qarşılanıb
Noy 02, 2018 | 09:59 / Müsahibələr, çıxışlar
Oxunub 276 dəfə

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli AZTV-nin "Səhər" musiqili-informasiya proqramının qonağı olub. Verilişdə Folklor İnstitutu ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan "Dastan gecələri" haqqında ətraflı məlumat verilib. 

E.Məmmədli bu günlərdə adıçəkilən layihə çərçivəsində təqdim edilən "Aşıq Alının Türkiyə səfəri" dastanından danışıb. O, aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışaraq aşıq sənətinin Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsi olduğunu, bu sənətin müxtəlif mərhələlərdən keçərək xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini qeyd edib.

“Aşıq Alının Türkiyə səfəri” dastanı barədə məlumat verən E.Məmmədli bildirib ki, əsər sadə və ənənəvi bir süjet üzərində qurulub. 

Xatırladaq ki, oktyabrın 31-də baş tutan tədbirdə dastanı tamaşaçılara Aşıq Bəhmən Göyçəli və Aşıq Firudin Göyçəli təqdim ediblər. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015