AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
İnternet folkloru: virtual-kommunikativ mühitdə folklor prosesləri
Okt 25, 2018 | 09:55 / Müsahibələr, çıxışlar
Oxunub 607 dəfə

Bu gün AMEA Rəyasət Heyətinin elmi katibləri filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri Hikmət Quliyev AZTV-nin “Səhər” musiqili-informasiya proqramının qonağı olublar. Verilişdə müasir dövrdə internet folklorunun araşdırılması məsələləri geniş müzakirə olunub. Bildirilib ki, müasir dövrdə texnologiyanın inkişafı ilə texnokulturoloji mühit də genişlənərək real mədəni mühitə çevrilib.

Filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri bildirib ki, ötən əsrin 70-80-ci illərindən artıq Avropa da, xüsusən də Amerikada internet folkloru tədqiq olunmağa başlayıb. Yeni texnokulturoloji mühitdə özünü göstərən əsas təzahürlərdən biri internet folklorudur ki, o, həm məzmununa görə, həm də formasına görə bizim ənənəvi folklor mühitindən, real mühitdə gördüyümüz folklordan tamamilə fərqli yeni təzahürlərdir.

Hikmət Quliyev də öz növbəsində vurğulayıb ki, dünya folklorşünaslığında bu problem 3 əsas istiqamətdə öyrənilir:

  1. Rəqəmsal folklor – folklor materiallarının rəqəmsal mühitə daxil edilməsi;
  2. Transformasiya olunan folklor nümunələri – real mühitdə meydana gələn folklor nümunələrinin virtual mühitdə davam etməsi;
  3. İnternet folkloru

İnternet folkloru ənənəvi folklorun yarandığı, ötürüldüyü mühitdən fərqli mühitdə – açıq sosial şəbəkədə meydana gəlir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015