AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Ərtoğrol Cavid - 99” adlı elmi sessiya keçirilib
Okt 22, 2018 | 04:56 / Konfranslar, iclaslar
Oxunub 281 dəfə

Oktyabrın 22-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Cavidlər ailəsinin ensiklopedik zəkası, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Ə.Cavidə həsr olunmuş guşənin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı istedadlı gənc Ərtoğrolun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O, bildirib ki, 24 illik qısa ömür yaşamış Ə.Cavid Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsini “əla” qiymətlərlə bitirdikdən sonra Konservatoriyaya daxil olub, Üzeyir Hacıbəylinin tələbəsi olub, romanslar, mahnılar, simfonik parçalar bəstələyib, “Məhsəti” operasını yazmağa başlayıb. Natiq onu da vurğulayıb ki, Ərtoğrol istedadlı musiqiçi olması ilə yanaşı, həm də  rəssam, folklorşünas olmuşdur.

Tədbir çərçivəsində Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən, müxtəlif kitablardan, sənədlərdən, CD-DVD disklərdən və fotolarlardan ibarət geniş sərgi nümayiş olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015