AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Muxtar İmanov Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb
Okt 12, 2018 | 09:59 / Mühüm hadisələr
Oxunub 7 dəfə

Qırğızıstanın Karakol şəhərində "Türk xalqlarının türkcə ilk yazılı əsərləri" mövzusuna həsr edilən beynəlxalq simpozium keçirilib. Tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) himayədarlığı, Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi, Dünya Söz Akademiyası Başqanlığı və Qırğızıstanın İssık-Kul Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutub.

Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan alimlərin iştirak etdiyi konfransda ölkəmizi AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və müəssisənin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Əli Şamil təmsil edirlər. M.İmanov "Dədə Qorqud" boylarında iki motivin ritual-mifoloji kökləri", Əli Şamil isə "Qutadqu-bilik"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda məruzə ilə çıxış ediblər.

M.İmanov, simpozium çərçivəsində TİKA tərəfindən Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb.

Tədbirdə, həmçinin "Türk xalqlarında Kut-tanrı və onun "Qutadqu-bilik"də yeri", "Mahmud Kaşqarinin "Divan"ı və türk xalqlarının müasir dilləri", "Doğu türk dilinin və folklorunun retrospektivi: "Qutadqu-bilik" və "Nur" dastanı", "Ətabətül-həqayiq"də epitetlər" və digər mövzularda məruzələr dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015