AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər Bölməsinin əməkdaşları "Teymur Kərimli - 65" adlı sərgidə olublar
Okt 09, 2018 | 09:16 / Mühüm hadisələr
Oxunub 16 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin əməkdaşları Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxana təşkil edilən "Teymur Kərimli - 65" adlı sərgidə olublar.

Xatırladaq ki, oktyabrın 4-də  Azərbaycan Milli Kitabxanasında AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda açılan kitab sərgisi böyük maraqla qarşılanıb. Sərginin çoxsaylı ziyarətçiləri arasında ölkənin tanınmış elm xadimləri, alimlərimiz ilə yanaşı ali məktəblərin tələbələri, orta məktəb şagirdləri də çoxluq təşkil edirlər. 

 Burada akademikin müəllifi olduğu elmi əsərlər, monoqrafiyalar, dərsliklərlə yanaşı, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu əsərlər, haqqında müxtəlif mətbu orqanlarda dərc edilən materiallar da yer alıb.  

Sərgi bu həftənin sonunadək davam edəcək. Maraqlananları "Teymur Kərimli - 65" adlı sərgidə iştirak etməyə dəvət edirik. 

Sonda Teymur müəllimi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona uzun ömür, can sağlığı, humanitariyamızın inkişafı və tərəqqisi naminə getdiyi yolda yeni-yeni elmi uğurlar arzu edirik. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015