AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Milli Kitabxanada “Teymur Kərimli-65” adlı sərgi açılıb
Okt 05, 2018 | 10:27 / Mühüm hadisələr
Oxunub 70 dəfə

Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərləri, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar, onun haqqında yazılan qəzet və jurnal materialları nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015