AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı, bacarıqlı təbliğatçısı
Okt 02, 2018 | 11:12 / Müsahibələr, çıxışlar
Oxunub 32 dəfə

Bu gün Akademik Teymur Karimlinin 65 yaşı tamam olur

Bu gün - oktyabrın 2-də görkəmli ədəbiyyatşünas, mətnşünas, naşir, şair və tərcüməçi, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Tey­mur Kərimlinin 65 yaşı ta­mam olur.

Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Nürgüd kəndində anadan olub. O, 1970-ci ildə orta məktəbi qızd medalla, 1975-ci ildə isə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Kəlbəcər rayonunda orta moktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb. T.Kərimli 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiran­tu­ra­sında təhsiliıü davam etdirib.

1990-2000-ci illərdə AMEA "Elm" nəşriyyatmın baş redaktoru işləyən alim bir sıra elmi jrnal və topluların redaksiya heyətinin üzvü, çox sayda monoqrafıyanın elmi redaktoru, altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin bəzi cildlərinin məsul redaktoru, "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarmın latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olub.

Akademik Teymur Kərimli otuz ildən artıq Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edib. 2002-2003-cü illərdə Ədəbiyyat institutunun elmi işlər üzrə direktor müavini, 2012-2013-cü illərdə direktor vəzifəsinin icraçısı kimi çalışıb.

2014-cü ildə Əlyazmalar İnstitutunun direktoru, həmçinin AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi seçilib.

O, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yar­dımçısı kimi" mövzusunda doktorluq dissertasiyasını müdafıə edib. 2007-ci ildə AMEA-nın müxbir, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

T.Kərimli "Nizami və tarix", "Görünməyən Fiizuli", "Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası", "Gözəllərin axıra qalmışı", "Şərqin qapısından dünyaya", "Hicran ömrü" kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün "Ədəbiyyat" dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.

Akademik həm də klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatcısıdır. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib. Teymur müəllim müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, İtaliyada, Hindistanda, Fransada və MDB ölkələrində keçirilən bir sıra bcynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.

Akademik Teymur Kərimlinin rəhbərliyi altında 21 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb. O, 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına görə, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı ilə təltif olunub. Bundan əlavə, səmərəli fəaliyyətinə görə, AMEA Reyasət Heyətinin Fəxri fərmanı, eləcə də Rusiya Yazıçılar Birliyi Moskva şəhər təşkilatınm "Qriboyedov" me-dalına layiq görülüb.

Görkəmli ədəbiyyatşünas alim, akade­mik Teymur Kərimlini 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

 Hacı Tofiq Seyidzadə

"Azad Azərbaycan" qəzeti, 02 oktyabr 2018-ci il

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015