AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanıb
Sen 26, 2018 | 11:45 /
Oxunub 55 dəfə

Sentyabrın 25-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanıb. Veriliş qədim əlyazmaların araşdırılması məsələsinə həsr edilib.
Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli olub.

O, Əlyazmalar İnstitutun yaranma tarixindən, keçdiyi yol haqqında ətraflı məlumat verib. Akademik ilk öncə onu vurğulayıb ki, Azərbaycan çox qədim mədəniyyət ölkəsi olduğu üçün burada əlyazmalar çox zəngin olub. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda həm Şərq, həm də Qərb əlyazmaları olubdur. 

Teymur Kərimli hal-hazırda İnstitutun qarşısında duran vəzifələr, prioritetlər, araşdırılan elmi problemlər barədə danışarkən Əlyazmalar İnstitutunda 12 mindən artıq əlyazmanın qorunub saxlandığını diqqətə çatdırıb.  Onların arasında Vatikandan, Almaniyadan, Fransadan, müxtəlif şərq ölkələrindən gətirilən əlyazmalar da geniş yer tutur. 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasının Əlyazmalar İnstitutunun binasında keçirildiyini xatırladan akademik qeyd edib ki, bu il ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çoxsaylı tədbirlərin keçirilməsi ilə yanaşı Əlyazmalar İnstitutunun binasında müxtəlif sənədli və bədii filmlərin çəkilişləri də aparılıb. 

 

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015