AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər"
Sen 25, 2018 | 10:25 /
Oxunub 31 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibləri, filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri və Səfa Qarayev AZTV-nin "Səhər" musiqili-informasiya proqramının qonağı olublar. Verilişdə AMEA-da "Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər" mövzusunda keçirilən elmi seminardan söhbət açılıb.

Seminarın elmi və ictimai əhəmiyyəti barədə geniş məlumat verən Sərxan Xavəri bildirib ki, son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında müasir dünyanın elmi çağırışlarına cavab vermək istiqamətində müasir elmi, metodoloji yanaşmaların tələblərinə uyğun tədqiqatalrın aparılması prioritetlərədn birini təşkil edir. Bu seminar da ümumən AMEA-da gedən bu tipli islahatların, bu yöndən aparılan ümumi işlərin tərkib hissəsi kimi meydana gəlib.    

Filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev də öz növbəsində folklorşünasların, psixoanalitiklərin, sosioanalitiklərin folklor vasitəsilə  müəyyənləşdirdikləri məna səviyyələri haqqında ətraflı danışıb. O, deyib ki, folklorşünaslığın antropologiya, psixoanalitika kontekstində araşdırılması üçün  folklor mətnlərinin toplanması çox vacib şərtdir.

Verilişdə son dövrlərdə AMEA-nın Folklor İnstitutunda hazırlanan çox dəyərli toplama materialları haqqında da geniş məlumat verilib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015