AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat festivalı keçiriləcək
Sen 14, 2018 | 02:04 / Mühüm hadisələr
Oxunub 34 dəfə

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.
Tədbirin rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar səslənəcək.
Festival çərçivəsində, həmçinin AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı təşkil olunacaq. 

Onu da qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən NəsimininTürkiyənin Ankara Milli Kitabxanasında saxlanılan 2 nüsxə "Divan"ı əldə olunub. Onlardan biri 83, digəri 308 vərəqdən ibarət irihəcmli əsərlərdir. 

Əlyazmalar İnstitutunda şairin 2 dəyərli əlyazması da qorunur. Onlardan biri Nəsiminin 200-ə qədər şeirinin toplandığı irihəcmli əsəri, digəri isə,  1700-cü ildə köçürülmüş çox dəyərli əsərdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015