AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yeni əlyazma surəti əldə edib
Sen 07, 2018 | 10:52 /
Oxunub 70 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Miçiqan Universitetinin kitabxanasından Osmanlı şairlərinin əsərlərinin antologiyası əlyazmasının surətini əldə edib. 

Nəfis şəkildə tərtib olunan antologiyada Osmanlı ədəbiyyatının qızıl dövrünü əhatə edən XVI-XVII əsrlərin sevilən şairlərinin əsərləri toplanıb. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, Paşa Kərimovun sözlərinə görə, bu antologiyada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də şeirləri var. Hətta, burada Füzulinin təsiri ilə yazılan əsərlər də yer alıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015