AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Nəsiminin anadilli "Divan"ı vətəndə
Sen 10, 2018 | 01:33 /
Oxunub 72 dəfə

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov Tehranın Məclis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli "Divan"ının lirik şşeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib. Əlyazma 140 vərəqdən ibarətdir. 

Bu nüsxənin əsas özəlliklərindən biri, şairin burada "Nəsimi" təxəllüsü ilə yanaşı "Hüsui" və "Səyyid" təxəllüsləriylə yazdığı şeirlərin də yer almasıdır. 

P.Kərimov deyir ki, köçürülmə tarixi bəlli olmasa da, Nəsiminin 140 vərəqdən ibarət bu "Divan"ınında yaradıcılığının ən vacib əsərləri öz əksini tapıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015