AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan atalar sözləri və məsəllər toplusunun nüsxələrini əldə edib
Avg 25, 2018 | 12:03 /
Oxunub 70 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Tehran Məclis kitabxanasından orta əsrlər Azərbaycan atalar sözləri və məsəllər toplusunun nüsxələrini əldə edib. Hazırda İnstitutda həmin nüsxələrin tədqiqatı aparılır. 

Bu sahənin əsas tədqiqatçısı, İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, Paşa Kərimov məlumat verir ki, ədəbiyyat tariximizin araşdırılması üçün vacib mənbə hesab edilən toplu "Əmsal və Hikəni-türkanə" ("Məsəllər və türk hikmətləri") adlanır. Orta əsrlərə aid bu nüsxələrdə həmin dövr xalqımızın gündəlik həyatını əks etdirən atalar sözləri və məsəllər öz əksini tapıb. 

"Maraqlı cəhət ondan ibarətdi ki, burada bəzi atalar sözləri "Kitabi-Dədə Qorqud"la səsləşir " - deyən professor Paşa Kərimov onu da vurğulayıb ki, həmin toplunun şah Abbasın göstərişi ilə hazırlandığı güman edilir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015