AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı kitab nəşr olunub
İyn 22, 2018 | 10:36 / Yeni nəşrlər
Oxunub 40 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin  “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı çapdan çıxıb.

Kitabda görkəmli dramaturq, istedadlı şair və yazıçı, istiqlal mücadiləsinin fəal üvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sahələri, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” qəzetinin nəşri prosesində iştirakı, məhbus həyatı zəngin arxiv materialları əsasında tədqiq edilib.

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi isə C.Cabbarlının Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015