AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın magistraturasına qəbulun müsahibə mərhələsi yekunlaşıb
İyn 15, 2018 | 11:19 / Mühüm hadisələr
Oxunub 38 dəfə

2018/19-cu tədris ilində AMEA-nın magistraturasına qəbul olunmaq istəyən bakalavrlar müsahibə mərhələsindən keçiblər. Qeyd edək ki, növbəti tədris ili üçün AMEA-nın elmi tədqiqat müəssisələrinə ümumilikdə 10-nu rus bölməsi olmaqla, 50 ixstisaslaşma üzrə 92 plan yeri ayrılıb. 

Humanitar Elmlər Bölməsi üzrə AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrların müsahibə mərhələsinin keçirilməsi məqsədilə Nəsimi adına Dilçilik İnstitutunda akademik Möhsün Nağısoylunun sədrliyi ilə İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyevadan ibarət ekspert komissiyası yaradılıb.   "İvrit dili", "Latın dili", "Yunan dili", "Qədim türk dilləri" və "Erməni dili" ixtisasları üzrə Dilçilik İnstitutuna  qəbul olunmaq istəyən 10 nəfər bakalavr müsahibədə iştirak ediblər.

Folklor İnstitututunun magistraturasına "Folklorşünaslıq" ixtisası üzrə qəbul aparılması məqsədilə İnstitutun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəylinin sədrliyi ilə müsahibə komissiyası yaradılıb. Magistraturaya qəbul olunmaq istəyən 3 nəfər iddiaçı bakalavr müsahibədən uğurla keçiblər. 

Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rayihə Əmənzadənin sədrlik etdiyi komissiyada Memarlıq və İncəsənət İnstitutunun  "Arxeoloji və memarlıq abidələrinin mühafizəsi və bərpası" ixtisasına qəbul olunmaq istəyən 4 nəfər bakalavr müsahibədə iştirak edib və məqbul qiymətləndiriblər.  

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015