AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı çapdan çıxıb
İyn 12, 2018 | 03:49 / Yeni nəşrlər
Oxunub 103 dəfə

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə: filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatı tərəfindən çap olunub. 

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsis edilməsi haqqında Qanun və onun əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin rəsmi dili və Parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və Cümhuriyyət dövrünün stenoqrafik hesabatları əsasında geniş işıqlandırılmışdır.

Kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015