AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” nəşr olunub
İyn 12, 2018 | 11:08 / Yeni nəşrlər
Oxunub 68 dəfə

“Elm və təhsil” nəşriyyatında  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun və A.Bakıxanov adına Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlovanın “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” adlı kitabını nəşr olunub.  Oxuculara təqdim olunan bu kitab Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövrlərdən biri – Nadir şahın Bağdad yürüşlərinin aradırılmasına həsr edilib.

XVIII əsrin birinci yarısında Şərq ölkələrinin dövlətlərarası münasibətləri müstəvisində Əfşar-Osmanlı münasibətləri xüsusi diqqət cəlb edir. Nadir şahın türk dövlətləri ilə yeni diplomatiyası və dini reforma cəhdləri ikitərəfli münasibətlərin dostluq müstəvisinə keçməsi ilə nəticələnməsə də, iki dövlətin yaxınlaşması yolunda ilk və mühüm addım kimi dəyərləndirilə bilər. Nadir şahın yeni tapılmış ərəb dilli fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələri ilə bərabər tədqiqata əlavə edilməsi dövrün daha dəqiq işıqlandırılmasına xidmət edir.

Kitabın elmi redaktoru və ön sözün müəllifi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015