AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Dilçilik İnstitutunun əsərləri" jurnalının növbəti sayı işıq üzü görüb
İyn 07, 2018 | 11:55 / Yeni nəşrlər
Oxunub 161 dəfə

"Dilçilik İnstitutunun əsərləri" jurnalının cari ildə ilk sayı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən jurnalın baş redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.

Jurnalın dil tarixi və dialektologiya, müasir Azərbaycan dili və terminologiya, nəzəri dilçilik məsələləri, türk dilləri, resenziya və personalia bölmələrində 40-a yaxın məqalə yer alıb.

Belə ki, oxucular nəşrdə "Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında", "Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika", "Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış", "Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair", "Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər", "Dünya dillərində homogen sözlər" və digər məqalələrlə tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015