1528100438.jpg)
May 17, 2018 | 12:04 / Yeni nəşrlər
AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarliq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru , dosent Rahibə Əliyevanın “Abşeronun Tarixi-Mədəniyyət Qoruqları” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Abşeron yarımadasında qeydə alınmış Tarix-Mədəniyyət Qoruqları: “Qobustan” Dövlət tarix-bədii qoruğunun (1966), “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğunun (1985), “Qala” Dövlət tarix-etnoqrafiya qoruğunun (1988), “Nardaran” tarix-mədəniyyət qoruğunun (1992) və “Atəşgah” tarix-memarlıq qoruğunun (2007), memarlıq-şəhərsalma irsi işıqlandırılıb. İlk dəfə olaraq qoruqların müxtəlif tipli politrasını yaradan mədəni irsinin kompleks şəkildə tədqiqatı, tipoloji təsnifatı, kompozisiya xüsusiyyətləri araşdırılıb.