AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycan musiqi tarixi"nin 3-cü cildi nəşr olunub
Yan 17, 2018 | 10:02 / Yeni nəşrlər
Oxunub 460 dəfə

"Elm" nəşriyyatında  "Azərbaycan musiqi tarixi"nin 3-cü cildi nəşr olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun kollektivi tərəfindən hazırlanan kitabın layihə rəhbəri və elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri Teymur Bünyadov və Tariyel Məmmədovdur. 

Çoxcildli  "Azərbaycan musiqi tarixi"nin bu hissəsi XX əsrin 40-cı illərindən respublikamızın müstəqillik qazandığı illərədək olan  dövrü əhatı edir. 

Cildin hər fəslində Azərbaycanın bu dövrünün musiqi həyatı, dahi Üzeyir Hacıbəylinin yaratdığı zəngin musiqi məktəbi və onun nümayəndələrinin həyat və yaradıcılıqları geniş təhlil və tədqiq edilir. Oxuculara nadir foto və not nümunələri də təqdim olunur. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015