AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik İsa Həbibbəyli: Şükrü Haluku Akalın müasir türkologiyanın əsas simalarından biridir
May 25, 2018 | 03:44 / Konfranslar, iclaslar
Oxunub 113 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb. O, Şükrü Haluku Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluku Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Akademik diqqətə çatdırıb ki, Şükrü Haluku Akalın Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir. Son illərdə onunla Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu arasında qardaşlıq, dostluq münasibəti formalaşıb ki, bu da Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.

M.Nağısoylu bildirib ki, Şükrü Haluku Akalının Azərbaycan dilində səlis danışmağı onun dilimizə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru adına da layiq görüləcək.

Görüşdə türkiyəli professor elektron sözlüklərlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanıb. O, həmçinin 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs edib.

Çıxış edənlər Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015