AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Magistr dissertasiyalarının müdafiəsi Ədəbiyyat İnstitutunun tarixində əhəmiyyətli hadisədir
May 25, 2018 | 03:37 / Konfranslar, iclaslar
Oxunub 62 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu birlikdə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş filologiya üzrə ixtisaslaşdırılmış müdafiə şurasının iclasını keçirib.

İclası giriş sözü ilə şuranın sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. İsa Həbibbəyli bildirib ki, magistr müdafiəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində əhəmiyyətli hadisədir. İnstitutun ilk magistrantları öz dissertasiyalarını müdafiə edirlər. Akademik çıxışında AMEA-da magistratura pilləsində təhsilin açılmasının əhəmiyyətindən bəhs edib.

Daha sonra ixtisaslaşdırılmış müdafiə şurasının katibi Samir Səttarov iddiaçıların tərcümeyi-halları, ümumi müvəffəqiyyət göstəriciləri, magistratura müddətində göstərdikləri elmi nəticələrlə komissiya üzvlərini tanış edib.

Ədəbiyyat İnstitutunun magistrantları Könül Əliyeva “Nizami Gəncəvinin yaradıcılığında elm: Dünyanın bədii dərki və mənəvi kamillik”, Pəri Həsənli “Füzulinin “Söhbətül-Əsmar” poeması: mübahisələr və həqiqətlər”, Dilçilik İnstitutunun magistrantları Türkan Əzizzadə “Akademik N.Y.Marr və H.Acaryan qədim erməni dili haqqında”, Böyükxanım Əsgərova “Tövratdakı adların Azərbaycan dilində transliteriasiyası” və Aysel Quliyeva “Təbrizli Arakelin “Tarix kitabı” əsərində türk mənşəli etnotoponimlər” mövzularında magistr dissertasiyalarını uğurla müdafiə ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015