AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Akademik Teymur Kərimli: "Oksford Universitetinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzinin yüksək  statuslu elmi-akademik mərkəz olaraq Universitetin ayrılmaz bir hissəsi kimi daimi fəaliyyət göstərən tərkib hissəsinə çevrilməsi bizi çox sevindirir"
May 26, 2018 | 03:42 / Müsahibələr, çıxışlar
Oxunub 106 dəfə

Mayın 23-də Londonda keçirilən Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzinin Universitetin tərkibində daimi fəaliyyətinin mövcudluğu haqqında müqavilənin imzalanma mərasimində iştirak edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli AZTV-yə müsahibəsində bu fikirləri səsləndirib. Onun sözlərinə görə Azərbaycan elm və təhsili irəliyə doğru nəhəng bir addım atıb.  Əlbəttə ki, bizim alimlərimizin səsinin Oksforddan gəlməyi təkcə elm və təhsil üçün deyil, bütövlükdə Azərbaycan üçün, xalqımız üçün, dövlətimiz üçün çox əlamətdar bir hadisədir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015