AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Londonda qeyd olunub
May 25, 2018 | 09:37 / Mühüm hadisələr
Oxunub 197 dəfə

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Londonda fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının təşkilatçılığı ilə mərasim keçirilib.

Mərasimdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva, Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, Britaniya hökumətinin rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayevanın ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Tədbiri açan ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və gördüyü mühüm işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Böyük Britaniya arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb. Səfir 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə adlandırıb. 

Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbriklərini Azərbaycan xalqına çatdıran Alan Dunkan ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Dövlət naziri Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini bildirib.

Tədbirin sonunda səfirlik tərəfindən ziyafət verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015