AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“İlham Əliyev və muzeylər” mövzusunda tədbir keçirilib
May 18, 2018 | 04:04 / Mühüm hadisələr
Oxunub 225 dəfə

18 may Beynəlxalq Muzeylər Günü  münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində  “Açıq qapı” günü elan olunub. Bu il muzeyin qonaqlarına “İlham Əliyev və muzeylər” mövzusunda maarifləndirici ekskursiya təşkil edilib. Gün ərzində muzeyi Bakı şəhərinin və paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərin şagirdləri, müxtəlif ali məktəblərin tələbələri və müəllimləri, həmçinin digər qonaqlar ziyarət edbi. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verilib. Ümumilikdə muzey 400-ə yaxın tamaşaçını qəbul edib.

Bu günün əsas məqsədi milli-mədəni irsimizin qorunması və təbliğindən ibarətdir. 18 may həm də Muzey işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bütün muzey işçilərini bu münasibətlə təbrik edirik.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015