AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Novbərinin “Seçmə şeirlər” kitabı oxucuların ixtiyarına verilib
May 14, 2018 | 12:06 / Yeni nəşrlər
Oxunub 92 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Novbərinin (Kərbəlayi Qara Məşhədi Süleyman oğlu Əliyev) “Seçmə şeirlər” adlı kitabı işıq üzü görüb. 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun elmi redaktoru olduğu kitabı fil.ü.f.d. Sevər Cabbarlı tərtib edərək nəşrə hazırlayıb.

Qeyd edək ki, Novbəri XX əsrdə dahi Füzulinin yaradıcılıq yolunu davam etdirən ən istedadlı şairlərdən biridir. Ömrü boyu Füzuli cazibəsindən çıxa bilməyən Novbəri böyük eşq şairinin “Divanı”ndakı bütün qəzəllərə müxəmməs yazıb. Kitabda şairin mənzumələri, mənzum məktubları, növhə, qəzəl və təxmisləri toplanılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015