AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" monoqrafiyasının II hissəsi çapdan çıxıb
May 15, 2018 | 03:30 / Yeni nəşrlər
Oxunub 174 dəfə

Hüseyn Cavidin Ev Muzeyinin direktoru,  Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" monoqrafiyasının II hissəsi çapdan çıxıb. Kitabın elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

G.Babaxanlı  bu monoqrafiyasında dahi şair və dramaturq Hüseyn Cavidə həsr olunan məqalə, monoqrafiya və publisistik yazıları elmi təhlil obyektinə çevirərək cavidşünaslığın artıq ədəbiyyatşünaslıq elmində mühüm yer tutduğunu göstərir. 

Xatırladaq ki, bu monoqrafiyanın birinci hissəsi 2010-cu ildə nəşr olunub. 

Müəllif kitabın sonunda yazdığı fikirlərlə tədqiqatına əvəzolunmaz notlarla nöqtə qoyur: 

"SON SÖZ

Əziz oxucular! "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" monoqrafik tədqiqat əsərinin ikinci kitabını da sizə təqdim etdim. Elə güman edirəm ki, birinci kitabda Cavidin tədqiqi ilə bağlı nəzərə çarpan bəzi boşluqları aradan qaldıra bildim. Lakin Cavid sənəti elə zəngindir ki, onun yaradıcılığı haqqında araşdırmalar bitib tükənmir, tənqid və ədəbiyyatşünaslığımızın hər bir yeni nəsli bu zəngin irsə müraciət edir, nəhəng sənət aysberqinin üzə çıxmayan qatlarını kəşf etməyə can atır. Odur ki, bizim də "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" mövzusu bitməyib, araşdırmalarımız davam edəcək.... Çünki ulu öndər Heydər Əliyevin "Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir" kəlamını hər şeydən uca tuturuq".

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015