AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər Bölməsinin gənc alimləri ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə elan olunmuş müsabiqənin qalibi olublar
May 10, 2018 | 11:38 / Mühüm hadisələr
Oxunub 136 dəfə

AMEA prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

Müsabiqədə iştirak etmək məqsədilə akademiyanın 46 gənc alimi sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edib. Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin sözügedən sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən həyata keçirilib. Komissiya iddiaçıların əldə etdikləri nəticələri təhlil edərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

Müsabiqənin nəticələrinə görə, 14 nəfər gənc alim mükafatlandırılıb.

Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin gənc alimləri də müsabiqədə fəal iştirak ediblər. Onlardan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mehman Həsənov 2-ci yer üzrə, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aysel Qəribli isə  həvəsləndirici mükafat üzrə qalib olublar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015