AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə yekun vurulub
May 08, 2018 | 10:58 / Mühüm hadisələr
Oxunub 167 dəfə

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən birgə təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı qısa film nümayiş etdirilib.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçiləri Sevinc Rəhnulla, Əzizə Ələkbərova və kiçik elmi işçisi Pərvanə Teyyubova da “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsində iştirak ediblər. 

Qeyd edək ki, müsabiqəyə təqdim edilən yazılar kitab halında nəşr edilib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015