AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, xilaskar və müdrik rəhbəridir
May 04, 2018 | 03:27 / Müsahibələr, çıxışlar
Oxunub 396 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadəümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Akademik bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək böyük xidmətlər göstərib, xalqı parçalanmaqdan xilas edib. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev: zaman və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. İ.Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, xilaskar və müdrik rəhbəridir. Akademik vurğulayıb ki, xalqımız ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini ölkəmizin məsuliyyətli və şərəfli tarixinin böyük hadisəsi kimi qeyd edir.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, hazırda ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015