AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ulu öndər Heydər Əliyev elm və təhsilə xüsusi diqqət və qayğı göstərib
May 07, 2018 | 02:46 / Konfranslar, iclaslar
Oxunub 95 dəfə

Mayın 7-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib.

Tədbir ümummilli liderin xatirəsənin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  

Seminarı Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli açaraq ulu öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O qeyd edib ki, Ümummilli Lider hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. T.Kərimli daha sonra respublikamızın müstəqillik yolunda ilk kövrək addımlarını atdığı illərdə xarici və daxili təzyiqlərə məruz qaldığını və yalnız ulu öndərin uzaqgörən siyasəti nəticəsində xilas olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Dahi şəxsiyyətin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub, inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edən T.Kərimli Əlyazmalar İnstitunun da məhz onun qayğı və diqqəti sayəsində formalaşdığını bildirmişdir. O, bu gün ulu öndərin siyasi kursunun   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli “Heydər Əliyev və Azərbaycan elmi” adlı məruzəsində respublikamızda elmin və mədəniyyətin inkişafı ilə bağlı ulu öndərin imzaladığı fərman və sərəncamlardan, onların reallaşmasından və cəmiyyətimizin həyatındakı rolundan danışıb.  Elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov isə “Əlyazmalar İnstitutunun ən böyük hamisi Heydər Əliyev” adlı məruzəsində Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitunda çevrilməsi sahəsində Heydər Əliyevin gördüyü işlər barədə məlumat verib. O, deyib ki, totalitar sovet rejimində bunu etmək olduqca çətin və mürəkkəb bir iş idi, amma ümummilli liderin diqqət və qayğısı sayəsində bu, mümkün oldu. Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamandar Şərifov da öz çıxışında Heydər Əliyevin yazılı abidələrimizə diqqət və qayğısı barədə söhbət açıb.

İnstitutun elmi katib, dosent Əzizağa Nəcəfov  ulu öndərin gənclər siyasəti, onun rəhbərliyi altında təşkil olunan Gənclər Forumu və digər beynəlxalq tədbirlər haqqında məlumat verib.  Daha sonra baş elmi işçi, tarix ü.e.d. Tahirə Həsənzadə, aparıcı elmi işçi, fil.ü.e.d., prof. Raqub Kərimov, aparıcı elmi işçi Yusif Bağırzadə Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən söhbət açıblar. 

Tədbirin sonunda “Heydər Əliyev 95 – Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgisinin nümayişi olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015