AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Mirzə Baxış Nadimin "Seçilmiş əsərlər"i çap olunub
May 07, 2018 | 01:07 / Yeni nəşrlər
Oxunub 162 dəfə

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin (1780-1878) şeirlər toplusu ilk dəfə kitab halında nəşr edilib. Məlum olduğu kimi, indiyədək şairin çox az sayda əsəri işıq üzü görüb. Kitabı nəşrə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və həmin institutun aparıcı elmi işçisi, Raqub Kərimov hazırlayıb və topluya geniş ön söz yazıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Zaman Əsgərlidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015