AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Heydər Əliyev – 95” mövzusunda elmi sessiya
May 04, 2018 | 12:19 / Konfranslar, iclaslar
Oxunub 138 dəfə

Mayın 4-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Heydər Əliyev – 95” mövzusunda elmi sessiya keçirilib.  Ümulli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən sessiyanı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə ötən əsrin 90-cı illərində respublikamızın üzləşdiyi ağır vəziyyət, vətəndaş hərc-mərcliyi və xalqımızı bu gərginlikdən xilas etmək məqsədilə ümummillim lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri haqqında ətraflı məlumat verib. Natiq həmçinin, Heydər Əliyevin mədəniyyətimizə və incəsənətimizə göstərdiyi misilsiz qayğıdan danışıb. 

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Xəzər Zeynalov çıxış edərək təsviri sənətdə çoxsaylı yerli və xarici rəssamlar tərəfindən yaradılan Heydər Əliyevin bədii obrazı haqqında geniş məlumat verib.

Elmi sessiyada institutun elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin "Heydər Əliyevin mədəni siyasəti", Kulturologiya şöbəsinin müdiri, professor Rəna Abdullayevanın "İlham Əliyev Heydər Əliyevin mədəni siyasətinin davamçısı kimi" və digər maraqlı məruzələr  dinlənilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015