AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Heydər Əliyev: Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi sessiya
May 07, 2018 | 11:13 / Konfranslar, iclaslar
Oxunub 128 dəfə

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın ulu öndəri, böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində elmi sessiya keçirilib. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açaraq müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, bu müdrik siyasi xadimin səyi nəticəsində  Azərbaycanın  dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymasından, mədəniyyətin və ədəbiyyatın böyük mesenatı olmasından, xüsusilə dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. 

O, ulu öndər Heydər Əliyevin zəngin həyat salnaməsinə nəzər salaraq dahi rəhbərin Naxçıvanda ilk ana dili və ədəbiyyat müəlliminin Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd olduğunu qeyd edib. Natiq bildirib ki, sonralar Heydər Əliyev Turan Cavidlə muzeydə söhbətində öz müəllimini xatırlayaraq deyirdi: «Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəlim idi. Amma çox tələbkardı”.

G.Babaxanlı çıxışında onu da vurğulayıb ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi də Cavid irsinin böyük hamisi, ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılıb və cavidsevərlərin ixtiyarına verilib. 

Elmi sessiya çərçivəsində Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda sərgi də nümayiş olunub. Sərgidə muzeyin fondunda qorunub saxlanılan Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, həmin çoxcildliyin 2 cildlik elmi biblioqrafik göstəricisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Heydər Əliyev və Hüseyn Cavid" monoqrafiyası, Hüseyin Cavidin Naxçıvandakı məqbərəsinin açılış mərasimini gerçəkləşdirmək üçün Naxçıvana gedən Heydər Əliyevin həyatının çox dəyərli üç gününü əks etdirən “Ömrün üç günü”, H.Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini əks etdirən “Hüseyn Cavid” adlı albom kitabları, “Heydər Əliyev və Hüseyn Cavid” adlı rəsm əsəri, bir çox dəyərli eksponatlar tamaşaçılara təqdim olunub. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015