AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Gecikmiş qələbə” romanı işıq üzü görüb
Apr 24, 2018 | 12:47 / Yeni nəşrlər
Oxunub 164 dəfə

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aynur Cəlilovanın “Gecikmiş qələbə” adlı romanı çapdan çıxıb.

Roman 1930-1932-ci illərdə Naxçıvanın Şahbuz rayonunun Keçili kəndində kolxozlaşmaya qarşı baş verən xalq hərəkatına həsr olunub.

“Keçil üsyanı” adı ilə tarixə düşən bu hərəkatın təfərrüatları indiyə kimi açılmayıb və təhrif olunaraq xalqa çatdırılıb. Romanda üsyanın başlama səbəbləri, sovet qüvvələrinə qarşı aparılan döyüşlər, hərəkatın məğlub olması, döyüşçü qadınlar, onların qəhrəmanlıqları, ailə-məişət, sevgi münasibətləri və s. əksini tapıb. Romanda Dövlət Təhlükəsizlik Xidmətinin arxiv sənədlərindən istifadə olunub, o dövrün ümumi mənzərəsinə aydınlıq gətirilib. 

Roman müqəddimə, 5 fəsil və son sözdən ibarətdir. Əsərin baş qəhrəmanı Keçilin pəhləvan oğlu, üsyan başçısı Qasımalı Eyvaz oğlu Dünyaməliyevdir. Fətəli xan Xoyskinin yaxın silahdaşı olan Q.Dünyaməliyev 2 ildən çox sovet hakimiyyətinə qarşı mübarizə aparıb, 1932-ci ilin aprelində xəyanətin qurbanı olub.

Əsərdə baş qəhrəmandan başqa digər personajların dil xüsusiyyətləri və ləhcələri saxlanılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015