AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Əzizağa Nəcəfov: "Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazma materialları 1918-ci il azərbaycanlıların soyqırımının real əksini göstərir"
Apr 24, 2018 | 12:44 / Müsahibələr, çıxışlar
Oxunub 393 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Elm TV-yə müsahibə verib. O, bildirib ki, “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda keçirilən XVI ənənəvi respublika elmi-nəzəri konfransında AMEA-nın institutlarında çalışan alimlərlə yanaşı respublikanın müxtəlif regionlarında yerləşən ayrı-ayrı ali məktəblərin doktorant və dissertantları, o cümlədən professor-müəllim heyəti iştirak ediblər. Ümumilikdə konfrans çərçivəsində 50-dən çox məruzə dinlənilib.

Ə.Nəcəfov bir daha xatırladıb ki, konfrans Azərbaycan Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən baş tutub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015