AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” adlı kitab çap olunub
Apr 23, 2018 | 11:50 / Yeni nəşrlər
Oxunub 226 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun “Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” adlı kitabı işıq üzü görüb.

Kitabda müxtəlif tərkibli elektron sənəd-məlumat massivlərinin, o cümlədən verilənlər və metaverilənlərin yaradılması, emalı, mübadiləsi və ümumiyyətlə, kontent üzərində həyata keçirilən kitabxana-informasiya fəaliyyəti elmi-nəzəri cəhətdən təhlil olunaraq ümumləşdirilib. 

Beş fəsildən ibarət olan nəşrdə kitabxanaların meydana gəlməsi, sonrakı inkişaf dövrü və müasir yüksək texnologiyalar dövründə elektronlaşdırılma sistemi barədə ətraflı məlumat verilir.

Kitab mütəxəssislər və kitabxana sahəsində çalışanlar üçün nəzərdə tutulub.

Nəşrin redaktoru Nigar Babaxanlıdır.      

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015