
Hüseyn Cavid Ev Muzeyində daha bir görüş
Apr 18, 2018 | 02:43 / Görüşlər
Apr 18, 2018 | 02:43 / Görüşlər
Oxunub 253 dəfə
Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində ali və orta təhsil müəssisələrilə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir.
Bu istiqamətdə daha bir açıq dərs Bakı şəhəri 262 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunub. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında şagirdlərə mühazirə oxunub.
Daha sonra şagirdlər Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablardan ibarət sərgi ilə tanış olublar.