
Apr 13, 2018 | 05:01 / Görüşlər
AMEA Hüseyn Cavidin Ev Muzeyində “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində Milli Azərbaycan Tarix Muzeyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri ilə Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları arasında görüş təşkil olunub.
“Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində reallaşdırılan tədbirin məqsədi muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnmələrinə kömək etmək, müxtəlif istiqamətli muzeylərin iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Ekspozisiya ilə yaxından tanış olan gənc muzeyşünaslar Hüseyn Cavid və cavidlər irsinə həsr olunan kitablardan ibarət sərgiyə böyük maraq göstəriblər.
Elmlə təhsilin qarşılıqlı vəhdəti çərçivəsində mütəmadi olaraq keçirilən bu cür tədbirlərin məktəblilərin, tələbələrin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti var.