AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Əlyazmalar İnstitutunun tarixi binasında Cümhuriyyətin 100 illiyinə həsr olunan film çəkilir
Apr 09, 2018 | 04:37 / Maraqlı məlumatlar
Oxunub 244 dəfə

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi tarixi binada Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Son iclas" adlı bədii-sənədli filmin çəkilişlərinə başlayıb. Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan ekran işinin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin ssenarisinin yazılması üçün Bakı ilə yanaşı Moskva, Paris və London şəhərlərinin müxtəlif arxiv materiallarına, sənədlərə müraciət edilib. 

Filmin 28 May - Respublika Günü ərəfəsində ictimaiyyətə təqdim olunması nəzərdə tutulub. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015