AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı kitab çapdan çıxıb
Apr 12, 2018 | 10:27 / Yeni nəşrlər
Oxunub 194 dəfə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini əks etdirən “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı kitab “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb.

Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Fransız və Azərbaycan dillərində işıq üzü görmüş bu nəşr oxuculara Mehriban xanım Əliyevanın mədəniyyətin hamisi kimi Azərbaycan və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə nəşr edilib.

Kitabı fransız dilinə Həbib Babayev və Zaur Mustafayev tərcümə ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015