AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Görkəmli dramaturq Hüseyn Cavidin ailəsinə həsr olunan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib
Apr 02, 2018 | 11:57 / Mühüm hadisələr
Oxunub 499 dəfə

Sumqayıt Dövlət Dram Teatrında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d. Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə təqdim olunan əsərə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.

Əsər 1937-ci il repressiyalarının qurbanı olmuş görkəmli dramaturq-şair Hüseyn Cavid ailəsinin faciəsinə həsr edilib. Eyni zamanda bu ailənin konteksində istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin də mənəvi-fiziki işgəncələri, zindan həyatları təsvir olunub.

Tamaşanın premyerasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhər ziyalıları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015